ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, bu musiqiçi PSY-ın dünya səviyyəsində tanınmasını təmin etmişdi. 2012-ci ilin sonuna yaxın "YouTube"da 1 milyard dəfə izlənilən mahnı bu ilin yay aylarında isə 2 milyard dəfə baxış sayı qazanmışdı.
Musiqi 2 milyard 147 milyon 483 min 647 dəfə izlənildikdən sonra sayğacda problemlər əmələ gəlib. Buna səbəb isə videoportalda izlənmə sayı limiti olaraq bu rəqəmin müəyyən olunmasıdır.
Problemə müdaxilə edən "YouTube"un sahibi "Google" köhnə sayğacın yerinə yenisinin istifadəyə verildiyini açıqlayıb. Yeni sayğac daha böyük rəqəmləri da göstərə biləcək gücə malikdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !