Aprelin 7-də axşam saatlarında Gürcüstanın qərb bölgəsində müşahidə olunan güclü külək elektrik ötürücü xəttlərin sıradan çıxmasına gətirib çıxarıb.
"Report" xəbər verir ki, nəticədə Sameqrelo, Qurii, həmçinin Acariya Muxtariyyətinin ərazisində təqribən 18 min ailə işıqsız qalıb.
Gürcüstan mətbuatının məlumatına görə, güclü küləyin Batumi parkında ağacı yay tipli binanın üzərinə aşırtması nəticəsində, orada olan üç nəfərdən ikisi xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !