Xəbərdə bir hava limanın təhlükəsizlik işçisinin "Bizə Milad bayramından əvvəl 5 sərnişin təyyarəsi ilə hücum ediləcək", dediyi bildirilir. Hücum planlarının təxminən 2 aydır məlum olduğu vurğulanıb.
Təhlükəsizlik qüvvələrinin təhdidi çox ciddi qəbul etdiyi və narahatlıq keçirdiyi vurğulanır. Bombaların əl çantası ilə təyyarələrə yüklənə biləcəyi iddia olunub. Xəbərə görə, artıq təyyarələrə əl çantası götürülməsinin qadağan edilməsi müzakirə olunur.
Bu cür bir qadağanın təyyarə şirkətləri tərəfindən qəbul edilməsinin çətinliyi diqqət çəkdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !