Bakıda neft çənində qeydə alınan yanğın söndürülüb.Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Yanğınsöndürənlər alovun qarşısını alıblar.ANN.Az
***
10:56
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb.
ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev APA-ya açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb.
Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil.İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur.Hazırda faktla bağlı araşdırma gedir. N. Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib.ANN.Az
***
10:37
Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində neft çənində güclü partlayış hadisəsi baş verib.
AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saat 9:00 radələrində başlayan partlayış yanğınla müşayət olunub. Hazırda yanğını söndürmək mümkün olmayıb. Neft çənləri olan ərazi yaşayış məntəqəsinin yaxınlığından yerləşdiyindən təhlükənin daha böyük olduğu bildirilir. Hadisə ilə bağlı partlayış baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin və polisin aidiyyatı qurumlarının əməkdaşları cəlb olunub. Ölən və xəsarət alanlarla bağlı hələlik heç bir məlumat verilmir.Qeyd edək ki, neft çənləri “Şvarsneft” şirkətinə məxsus olduğu bildirilir.Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından AzNews.az-a bildirilib ki, hadisə ilə bağlı quruma çağırış daxil olub və stansiyanın həkim briqadası olayın baş verdiyi yerə yollanıb.
ANN.Az