• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

Gecə 4-də polisə müqavimət göstərib qaçanlara atəş açıldı - Yaralı var

Gecə 4-də polisə müqavimət göstərib qaçanlara atəş açıldı - Yaralı var
24.09.2024 10:47
Bakıda polis əməkdaşlarının "saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, əməliyyat sentyabrın 24-ü saat 03:44 radələrində Yasamal rayonu ərazisində keçirilib.

Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu 77-XS-413 dövlət qeydiyyat nişanlı "Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən "saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirən maşın Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb. Bu zaman nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Polislər tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü İsmayılov Bəxtiyar və 1980-ci il təvəllüdlü Əjdərov Əjdər saxlanılıblar. Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib.

Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan heroin, pisixotrob maddə olan metamfetamin, güclü təsiredici dərman preparatları aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:57
Yollarda tıxac var - Siyahı
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Cəmiyyət 23:25
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Cəmiyyət 22:06
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 20:49
Sabah bu ərazidə qaz olmayacaq
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 20:47
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Cəmiyyət 19:55
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Audiovizual Şura yayım şirkətini cərimələyib
Cəmiyyət 18:06
Audiovizual Şura yayım şirkətini cərimələyib
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Cəmiyyət 17:40
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Cəmiyyət 17:24
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol