Sosial şəbəkələrdə
mütəmadi olaraq Gədəbəy rayonu ərazisində yerləşən meşələrdə
qanunsuz şəkildə ağacların kütləvi qırğını ilə bağlı çoxsaylı foto, video
materilallar yerləşdirilir. Bəs görəsən qanunsuz
işləri görənlər və təbii sərvətimizə qarşı belə amansızlıqla yanaşanlar kimlərdir?.
Bunu araşdırmaq üçün həmin meşələrə üz
tutduq. İlk rastlaşdığımız 50-ə yaxın ağacın bir dəfəyə kəsilməsi oldu. Kütləvi qırğın barəsindəki sualımızı meşə gözətçisi
Qurban Hüseynov cavablandırdı. O, bildirdi ki,
nazir Muxtar Babayevin icazəsi ilə qazla təmin olunmayan kəndlərin qış aylarında istiliklə təchizatı
üçün kəsilib və nörmələnmiş ağaclardı.
Deməli qanun belədir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları imzalanmış
sərəncama əsasən nömrələnmiş ağacları doğrayaraq ümumi bazadan vətəndaşlara
satmalıdır. Satış zamanı 1 kub metr odun
15 manat qiymətləndirilib. Vətəndaş qış tədarükü üçün alacağı odunun 1 kub
mterinə görə, banka 15 manatdan ödəniş etməlidir və qəbzi odunun toplandığı
ümumi bazaya təqdim edərək qış üçün odun tədarükü görməlidir”. Belə bir qaydanın olduğunu Ekologiya və Təbii
Sərvətlər nazirinin müavini efirdən də səsləndirib.
Təqdim etdiyimiz
videomaterildan isə görünür ki, qış
yanacağı üçün odunu meşə ərazisində vətəndaşlar doğrayıb və daşıyır. Hətta1 kub
metr odun 15 manata olduğu təqdirdə odun
satışını Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyev və
onun işçiləri Qinyaz Salehov öz yazılmamış qanunları ilə
idarə edir. 4 kub metr odunu vətəndaşlara
200-400 manata satırlar. Həmin məbləğ banka deyil, adı çəkilən şəxslərə ödənilir.
Vətəndaşlar özləri
qış tədarükü etdiyi zaman meşə ərazisində bir ədəd iri buynuzlu heyvan ölüb. Həmin
heyvanın sahibi bunu odun kəsən şəxslərdən biri tərəfindən edildiyini iddia
edir. Bu ziyanın səbəbkarı ETSN-nin əməkdaşlarıdır. Odunları doğrayıb ümumi
bazadan satmadıqlarına görə, belə xoşagəlməz vəziyyət yaranıb.
Lakin nazirliyin
göndərdiyi rəsmi məktubda qeyd edilən qaydalara tabeçiliyində olan işçiləri
riayət etmir.
Yuxarıda adları şəkilən
şəxslərlə bağlı ayrılıqda etdiyimiz araşdırmanı sizə təqdim edirik. İlkin olaraq Şəmkir Regional Meşə Təsərrüfatı
Mərkəzinin direktoru İqbal Əliyevdən başlayaq. Bir il bundan öncə həmin vəzifəyə
təyinat alan bu şəxs vəzifəsini yerinə yetirmək əvəzinə işə düzəlmə adı ilə vətəndaşlardan
pul yığır. Adının çəkilməsini istəməyən Gədəbəy rayon sakini bildirir ki, əvvəl
Gədəbəy rayon Meşələrin İnkişafı Departamentində işləyib. Rayon idarələri ləğv
olunub əvəzində regional mərkəzlər yarananda ixtisara düşüb. İqbal müəllimin qəbulunda
olanda yenidən işə qayıtmağı üçün ondan 1000 manat istənib. Sonda 500 manata
razılaşiblar. Lakin 500 manatı ödəsə də uzun müddətdir ki, həmin şəxs heç bir işlə təmin edilmir. Sonda müxtəlif təzyiqlərlə
pulu geri ala bilib.
İqbal Əliyevin
tabeçiliyində olan Qinyaz Salehov təxminən 20 il olar ki, Gədəbəy rayonu ərazisində
yerləşən meşə təsərrüfatında müxtəlif
idarələrdə çalışıb. Onun əsas vəzifəsi Gədəbəy meşələrini qourmaq olsa da bu vəzifə
səlahiyyətinə nadir hallarda riayət edib.
Gədəbəy meşəsi
Qinyaz Salehovun qazanc mənbəyinə çevrilib. İlkin olaraq onu qeyd edək ki, 20 il Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı olmasına baxmayaraq bir ədəd də olsa 20
yaşlı ağac yetişdirməyib. Hətta əkdirdiyi ağacları ilin müxtəlif fəsillərində
fermerlərin sürüsünə yem edib. Bir quzu qarşılığında həmin əkin olduğu ərazilərə
heyvanların otarılması üçün icazə verib.
Əkilmiş kiçik bir ağac dövlət büdcəsinə azı 4 dollara başa gəlir. Bir il
ərzində 10 minlərlə ağac əkilir. Nəticədə hər hansı bir fermerin mal-qarasına
yem olur. Hazırda Gədəbəy rayon Arıqıran kənd ərazisinə Zeynal adlı ərazidə bu
xoşagəlməz mənzərə mövcuddur. Həmin ərazi rəsmi sənədlərdə qoz ağaçı
yetişdirilməsi kimi qeyd olunub. Hətta bir neçə il öncə Qiynaz Salehov həmin əkin yerinə 2 yaşına qədər olan
təxmini 500 ədəd fısdıq və vələs ağacı əkdirib. Həmin ildə fermerdən bir quzu
alaraq örüş yeri kimi istifadə etməyə icazə verib. Hazırda həmin ərazidə nə qoz,
nə də əkilmiş vələs, fısdıq ağacları var.
Qinyaz Salehov rəhbəri İqbal Əliyev İqbalın yolunu gedir. Vətəndaşlardan düzəltmə
adı ilə külli miqdarda pul alır. Gədəbəy rayon sakini Ariz Allahverdiyevdən 1200 manat alaraq işə
düzəldəcəyini bildirsə də nəticə yoxdur. Hadisədən 6 ay keçməsinə baxmayaraq nə
işə düzəldir, nə də pulu geri qaytarır. Məsələnin ictimailəşdirəcəyimi bilən Qinyaz
Salehov həmin məbləğin 800 manatını qaytarıb və 400 manatını iş yoldaşı Qurban Hüseynovun
verəcəyini bildirib.
Növbəti bir məsələni
nəzərinizə çatdıraq. Qanunla və imzalanmış sərəncama əsasən bir ədəd ağaca bir
nömrə vurulur. Həmin nömrə ilə rəsmiləşdirilərək rüsum dövlət büdcəsinə ödənilir.
Lakin bir il bundan öncə Qinyaz 50 ədəd
ağacı "11 nömrə” adı altında işarələyərək satıb. Yəni 49 ağacın dövlət rüsumu
ödənilməyib. Həmin 49 ağacın satışından əldə edilən pul dövlətin büdcəsinə
deyil, Qinyaz Salehovun cibinə gedib.
Bununla kifayətlənməyən
Şəmkir Regional Meşə Təsərrüfatı mərkəzinin adları çəkilən əməkdaşları "Qırmızı
Kitab”-a düşmüş palıd ağacının kütləvi kəsilməsini həyata keçirirlər.
Bu şəxslərin növbəti
qazanc yeri atlar üçün yem olan otdur. İldə 10 tona qədər otu atlara yem kimi sənədləşdirirlər.
Eynilə odun əldə etmək üçün rəsmi sənədlərə şişirdilmiş rəqəmlər yazılır. Hansı ki, odunların doğranması və bazaya daşınması
üçün nəzərdə tutulan yanacaq həmin şəxslərin qazanc mənbəyi olur. Çünki qeyd
edilən proseduru vətəndaşlar öz maliyyəsi hesabına edir.
Zaur Qənbərov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !