Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı bir aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

18:30 | 25.03.2020
Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları 1 aylıq vəzifə maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

Bu barədə Anews.az-a Gədəbəy Rayon İcra Hakimiyyətindən bildirilib.

Verilən məlumata görə,  Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və icra hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, 1 aylıq vəzifə maaşlarını dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıblar.
 
Zaur Qənbərov

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM