Gədəbəy rayon sakini vitse-prezident Mehriban Əliyevadan iş istəyir

09:45 | 20.10.2019
Gədəbəy rayon sakini vitse-prezident Mehriban Əliyevadan iş istəyir

Gədəbəy rayon sakini vitse-prezident Mehriban Əliyevadan iş istəyir

Gədəbəy rayon sakini, Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi ev 48 ünvanda qeydiyyatda olan Məmmədov Rauf Fəzayıl oğlu uzun illərdir işsizlikdən əziyyət çəkir.  Odur ki, övladlarına ali təhsil vermək üçün maddi çətinliklə üzləşib. Bu problemin aradan qaldırılması üçün o, viste-prezident Mehriban Əliyevaya müraciət etmək qərarına gəlib.  Rauf Məmmədovun Anews.az-ın email ünvanına göndərdiyi məktubu olduğu kimi təqdim edirik: 

"Hörmətli vitse-prezident Mehriban xanım Əliyeva,
 
Yazıb Sizdən xahiş edirəm ki, mənə köməklik edəsiniz. Hazırda heç bir yerdə işləmirəm. Maddi vəziyyətim çox pisdir. Üç övladım var.Biri azyaşlıdır. Digər ikisi övladım Gəncə şəhərində ali təhsil almaq üçün ödənişli hazırlıq kursu keçirlər. Ayda kurslara 270 manat pul ödəyirəm. Gündəlik xərcləri əlavə edəndə bir ay ərzində 400 manatdan çox pul xərclənir. İşsiz olduğuma görə bu ödənişləri qarşılamaq mənim üçün çox çətindir. Məndə istəyirəm övladlarım ölkəmizin gələcəyi üçün peşəkar mütəxəssislərdən olsun. İşlə təmin olunmağın üçün Gədəbəydə yerləşən dövlət qurumlarına və özəl şirkətlərə müraciət etsəmdə nəticə yoxdur.
 
Bəzi qurum və müəssisələr yaşımın çox olduğunu əsas gətirərək işə götürməkdən imtina edir. Son olaraq 2016-ci ildə Gədəbəydə yerləşən Azərbaycan İnterneyşnL Mayninq Company Limited Şirkətinə (Azerbaijan International Mining Company Limited) rəsmi (CV) və əyani formada müraciət etmişəm. Hər dəfə mənim işqəbul növbəmin çatmadığını deyirlər. Lakin 3 il ərzində məndən sonra müraciət edənləri və yaxınları yüksək vəzifədə işləyənləri (onların tapşırığı veriblər) işə götürüblər. Bir neçə dəfə həmin şirkətə gedib maddi durumum pis olması demişəm. Lakin Kadrlar şöbəsinin əməkdaşı Səidə xanım və Rahib müəllim məni işə götürməkdən müxtəlif bəhanələrlə boyun qaçırıblar. Hörmətli Mehriban xanım,  xahiş edirəm ki, mənim işlə təmin olunmağıma köməklik göstərsiniz."
 
Zaur Qənbərov

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM