"Gələcəkdə də əməkhaqqları artırılacaq" - Hadi Rəcəbli

12:48 | 12.02.2019
"Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumuna uyğunlaşdırılması ilə bağlı sərəncam imzalandı. Bu, müstəqillik dövründə ilk addım idi. Bu addım gələcəkdə görülən işlərin təməlini qoyur. Bu, bizə imkan verir ki, gələcəkdə də əməkhaqqlarının artırılması ilə bağlı addımlar atılsın”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli xatırladıb ki, 2007-ci ildə yaşayış minimum 64, minimum əmək haqqı isə 50 manat idi: "2017—2018-ci ildə yaşayış minimumu 173, minimum əməkhaqqı 116 manat idi. Burada olan fərqi görürük. Bu il isə minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı, yəni 180 manat oldu. Əgər ölkəmizdə qaçqın və məcburi köçkün problem olmasaydı, orduya ayrılan vəsaitin və digər vəsaitlərin yarı hissəsi social müdafiə məqsədlərinə yönəldə bilsəydik, bunlar daha böyük rəqəmlər olardı. Şəhid ailələrinə verilən müavinət 58 manat artırılıb. Sosial müdafiə ilə bağlı addımlar bundan sonra da atılacaq”.


www.anews.az

Xəbər lenti