Norveçdə şotland rəssamı Keti Patersona məxsus "Gələcəyin kitabxanası” layihəsi hazırlanır. 2014-cü ildən başlanılan layihənin 100 il davam edəcəyi bildirilib.
Publika.az xəbər verir ki, Norveç administrasiyası tərəfindən dəstəklənən layihə üçün xüsusi fond təsis ediləcək. Yazıçılar hər il bir romanlarını "Gələcəyin kitabxanası” layihəsinə təqdim etməlidirlər. Layihəyə təqdim olunan əsərlərin əlyazmaları Osloda ictimai kitabxananın yeni binasında məhz bu layihə üçün ayrılan və xüsusi avadanlıqlarla təchiz olunmuş zalında saxlanılacaq.
"Gələcəyin kitabxanası”na artıq Marqaret Etvudun, Devid Mitçellin və Syon Siqurdsson kimi yazıçıların ən yeni əsərləri daxil edilib. Toplanan əsərlərin 2114-cü ildə nəşr olunması planlaşdırılır.
Müəlliflər elektron lövhələrdə saxlanılan əsərlərin siyahısını görsələr də, əlyazmaların özü toxunulmazdır.
Üç il bundan əvvəl təşkilatçılar layihənin çapında istifadə ediləcək kağızın istehsalı üçün 1000 ədəd şam ağacı əkiblər. Bu beynəlxalq layihənin hazırkı dövrdə yeganə görünən tərəfidir. Həmin ağaclardan alınan kağızlarla 2114-cü ildə ədəbi əsərlərin çapı nəzərdə tutulsa da, qeyd olunan məlumatlara görə, antologiyanın əldə edilməsinə ayrılan sertifikatlar bitdiyi üçün tiraj 1000 nüsxə ilə yekunlaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !