Gələn ay BTC ilə neft ixracı artacaq

20:20 | 09.02.2024
Gələn ay BTC ilə neft ixracı artacaq

Gələn ay BTC ilə neft ixracı artacaq

 Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri neftin Ceyhan limanından ixracı fevralda olan 15,88 milyon barellə müqayisədə martda 17,03 milyon barel təşkil edəcək. Bu barədə beynəlxalq treyder şirkətləri xəbər verir. 

Gələn ay  BTC ilə neft ixracı fevral  ilə müqayisədə gündəlik olaraq cəmi 0,3% artacaq. Buna səbəb fevralın martdan iki gün qısa olmasıdır. 

Azərbaycan nefti  BTC Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac edilir və Türkiyənin Ceyhan limanında dəniz tankerlərinə yüklənir.
 
BTC neft kəmərinin uzunluğu 1768 min km-dir ki, bunun da Azərbaycanda - 443 km, Gürcüstanda - 249 km, Türkiyədə - 1076 min km-dir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıq neftdir.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM