• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn həftə Baydenlə Zelenskinin görüşü gözlənilir

Gələn həftə Baydenlə Zelenskinin görüşü gözlənilir
15.09.2023 10:00
Zelenski ABŞ prezidenti ilə "gələn cümə axşamı Ağ Evdə” görüşə bilər. Bu barədə ABŞ Konqresi məlumat yayıb. 


ABŞ Konqresi qeyd edib ki, Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün ölkəyə səfəri zamanı Amerikanın qanunverici orqanına da baş çəkmək niyyətindədir. 
 
Ukrayna prezidentinin ABŞ paytaxtına səfəri "Konqresdə Ukraynaya 21 milyard dollar hərbi və humanitar yardımın ayrılması məsələsinin müzakirəsi fonunda” baş tutacaq.

Bayden və Zelenskinin BMT Baş Assambleyasında çıxışları sentyabrın 19-da günün birinci yarısına planlaşdırılıb. Sentyabrın 20-də BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə yüksək səviyyəli iclası keçiriləcək, lakin hələlik nə Ukrayna, nə də Amerika tərəfləri prezidentlərin bu görüşdə iştirakını təsdiqləməyiblər.

Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirak edəcək.

Görüşün Nyu-Yorkda, yoxsa Ağ Evdə baş tutacağı hələlik məlum deyil.
 
Gülnar 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Dünya 21:04
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Dünya 19:28
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Ekspert: ABŞ-da yaşayış xərclərinin artması kütləvi etirazlara səbəb ola bilər
Dünya 16:23
Ekspert: ABŞ-da yaşayış xərclərinin artması kütləvi etirazlara səbəb ola bilər
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
Dünya 13:15
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
Dünya 11:42
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
Nyu-Yorkda bina çöküb - Ölənlər var
Dünya 09:59
Nyu-Yorkda bina çöküb - Ölənlər var
ABŞ İranın Xəzər dənizi vasitəsilə hərbi daşımalarının qarşısını alır
Dünya 04:29
ABŞ İranın Xəzər dənizi vasitəsilə hərbi daşımalarının qarşısını alır
İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
Dünya 23:46
İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol