Gələn həftə Ceyhandan neft nəqlinin tam bərpası gözlənilir

16:44 | 17.02.2023
Gələn həftə Ceyhandan neft nəqlinin tam bərpası gözlənilir

Gələn həftə Ceyhandan neft nəqlinin tam bərpası gözlənilir

BP-Azərbaycan şirkəti Ceyhan terminalından (Türkiyə) neft daşımalarının gələn həftədən əvvəlki rejimə qayıdacağını gözləyir. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Harri Cons bildirib.

"Məlum olduğu kimi, Türkiyədə baş verən zəlzələdən sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə hissəsinin operatoru və Ceyhan terminalı neftin tankerlərə yüklənməsi üzrə əməliyyatları müvəqqəti dayandırıb. Bu əməliyyatlar hərtərəfli nəzərdən keçirildikdən və mümkün zərərin qiymətləndirilməsindən sonra ötən bazar günü bərpa edilib. Biz gözləyirik ki, bu həftənin sonundan - gələn həftə Ceyhan terminalından neftin tankerlərə yüklənməsi əməliyyatları əvvəlki, yəni zəlzələdən əvvəlki rejimə qayıdacaq”, -  Cons cümə günü mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakı-Tbilisi Ceyhan neft kəmərinin Türkiyədəki obyektlərində, o cümlədən kəmərin özündə, nasos stansiyalarında və digərlərində aparılan yoxlamalar zamanı zəlzələ nəticəsində ciddi dağıntılar aşkar edilməyib.

"Zəlzələdən sonra Bakı-Tbilisi-Ceyhan kəməri ilə Azərbaycandan neft ixracı əməliyyatları dayanmadı. Daşınan neft Ceyhan terminalında çənlərə yüklənib. Zəlzələdən sonra yanalma konstruksiyalarında zədələrin olub-olmadığını yoxlamaq üçün neftin tankerlərə yüklənməsi əməliyyatları müvəqqəti olaraq dayandırılıb”, - deyə Cons bildirib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb