Gələn həftə yağışla başlayacaq

16:31 | 08.12.2013
Gələn həftə yağışla başlayacaq

Gələn həftə yağışla başlayacaq

 Sabah havanın yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit olacağı, arabir yağıntılı keçəcəyi gözlənilir. Bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var

Havanın temperaturu gecə 0-3, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 9-da havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür