• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Gələn il 2,9 milyondan çox qaçqının məskunlaşmasına ehtiyac yaranacaq

Gələn il 2,9 milyondan çox qaçqının məskunlaşmasına ehtiyac yaranacaq
07.06.2024 17:19
2025-ci ildə dünyada 2,9 milyondan çox qaçqının məskunlaşmasına ehtiyac yaranacaq. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) 2025-ci il üzrə Proqnozlaşdırılan Qlobal Köçürmə Ehtiyacları  hesabatında qeyd olunub.

Bildirilib ki, kütləvi yerdəyişmə hallarının artması, yeni münaqişələrin yaranması və iqlim dəyişikliyinin təsirləri nəticəsində son hesablamalarda 2024-cü illə müqayisədə 20% artım yaranıb ki, bu yarım milyon qaçqına bərabərdir.
 
Hesabata görə, Suriyadan 1 milyon, Əfanıstandan 558 min, Cənubi Sudandan 242 min, Konqo Demokratik Respublikasından 158 min, Myanmadan 226 min,  Rohingyadan 226 min, Sudandan 172 min nəfər qaçqının məskunlaşma ehtiyacı olacağı gözlənilir.
 
Yerdəyişmə səviyyəsinə görə, Amerika qitəsində də köçürülmə ehtiyacları yüksək şəkildə artığı bildirilib.

"Köçürülmə ehtiyaclarının artması həm də qlobal miqyasda çətin iqtisadi şəraitin hökm sürdüyü bir vaxtda baş verir ki, bu da yaşayış xərclərinin artması və humanitar yardımın azalması ilə nəticələnir. Artan ksenofobiya və ayrı-seçkilik qaçqınları deportasiya, zorakılıq, istismar və digər insan hüquqları pozuntuları risklərinin artmasına səbəb olur, eyni zamanda iqlim dəyişikliyinin və ekoloji fəlakətlərin təsiri də qaçqınların əvvəllər mövcud olan zəifliklərini artırır", - hesabatda qeyd olunub.

2023-cü ildə 96 311 qaçqın BMT QAK-ın dəstəyi ilə dövlətlər tərəfindən məskunlaşdırılıb ki, bu əvvəlki illə müqayisədə 65% çoxdur.
 
Aygün

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail və Gürcüstanın XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Dünya 23:30
İsrail və Gürcüstanın XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Avstraliya COP31-i Türkiyə ilə birgə keçirməkdən imtina edib
Dünya 23:10
Avstraliya COP31-i Türkiyə ilə birgə keçirməkdən imtina edib
Konqoda nazirin təyyarəsi qəza enişi edərək yanıb
Dünya 22:44
Konqoda nazirin təyyarəsi qəza enişi edərək yanıb
Aİ Şurası üçüncü ölkələrlə vizasız rejimin dayandırılması qaydalarını sərtləşdirib
Dünya 22:11
Aİ Şurası üçüncü ölkələrlə vizasız rejimin dayandırılması qaydalarını sərtləşdirib
Qara qutunun nəticələri 2 aya bilinəcək -Yaşar Güler
Dünya 21:52
Qara qutunun nəticələri 2 aya bilinəcək -Yaşar Güler
Hindistan və Böyük Britaniya birgə antiterror təlimlərinə başlayıb
Dünya 21:36
Hindistan və Böyük Britaniya birgə antiterror təlimlərinə başlayıb
Türkiyəyə məxsus tanker Odessada dronla vurulub
Dünya 19:53
Türkiyəyə məxsus tanker Odessada dronla vurulub
Samvel Karapetyanın həbs müddəti uzadılıb
Dünya 18:44
Samvel Karapetyanın həbs müddəti uzadılıb
Paşinyan Qazaxıstana səfər edəcək
Dünya 18:30
Paşinyan Qazaxıstana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol