Gələn il büdcə gəlirlərinin 45% Dövlət Neft fondunün payına düşəcək - RƏSMİ

10:38 | 09.09.2021
Gələn il büdcə gəlirlərinin 45%  Dövlət Neft fondunün payına düşəcək - RƏSMİ

Gələn il büdcə gəlirlərinin 45% Dövlət Neft fondunün payına düşəcək - RƏSMİ

Azərbaycan Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin layihəsində neftin qiymətini $45 dollar həcmində nəzərdə tutub. 2021-ci ilin büdcəsində isə bu göstərici $40 dollar idi, bu barədə məlumat Maliyyə NAzirliyinin saytına qoyulmuş büdcə layihəsində öz əksini tapıb.


Büdcə layihəsinə  görə, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə 4% artacaq, 2021-ci ilin proqnozlarına edilən dəyişikliyə görə isə ÜDM artını ilin sonuna 4,6% təşkil edəcək. 


2020-ci ildə ölkə iqtisadiyyatı pandemiya səbəbindən 4,3% azalmışdı. 


2022-ci ilin büdcə layihəsinə görə, planlaşdırılan xərclər cari ilki 28,543 milyardmanatdan gələn il 28,974 milyard manata kimi, gəlirlər isə 25,427 milyard manatdan 26,407 milyard manata kimi artacaq. 


Gələn il büdcə kəsiri 2,567 milyard manat və ya ÜDM-in 3,2% qədər təşkil edəcək. 
 
Büdcə gəlirlərinin 13,840 milyard manatı neft, 12,567 milyard manatı isə qeyri-neft sektorunun payına düşür. 


2022-ci ildə Dövlət Neft Fondundan büdcəyə transferlər 11,860 milyard  manat təşkil edəcək ki, bu da cəmi gəlirlərin 45%-ni təşkil edir. 


Dövlət borcunun idarə edilməsinə 1,912 milyard manat və ya büdcənin xərc hissəsinin 6,6% xərclənəcək. 


Büdcə layihəsinə görə, orta illik inflyasiya Azərbaycanda 3,6% təşkil edəcək. 


2021-ci ilin sonuna inflyasiya 4,9% proqnozlaşdırılır, 2020-ci ildə isə bu rəqəm  2,8% təşkil edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb