Bir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri 2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı qənaətindədir.
"Report” "Bloomberg”ə istinadən xəbər verir ki, bir sıra ekspertlərin ümumi proqnozuna əsasən, gələn il ərzində avronun məzənnəsi hazırkı 1,1 dollardan 1,16 dollaradək artacaq.
Proqnoza görə, 2019-cu ildə qlobal resesiya gözləntilərinin hakim olduğu üçün dollar və dollar aktivləri daha çox satın alınsa da hazırda dünya iqtisadiyyatındakı vəziyyətə dair narahatlığın səngidiyi, ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) faiz dərəcələrini dəyişdirmək fikrində olmadığı üçün sərmayəçilər daha risqli yatırımlara yönəlir, dolların məzənnəsi də azalır. Belə ki, gələn ilin sonunda avronun dollara qarşı məzənnəsi "Goldman Sachs” bankına görə 1,15, "Deutsche Bank”a görə 1,2 olacaq.
"Bank of America”nın ekspertləri isə ABŞ-Çin ticarət qarşıdurmasının mühüm təsiri olacağını, yazda isə sərmayədarların diqqətini ABŞ-dakı qarşıdan gələn və adətən iqtisadiyyat üçün daha çox mənfi rol oynayan prezident seçkilərinin çəkəcəyini bildiriblər.
İnkişaf edən ölkələrin valyutaları arasında ilk növbədə Braziliya realı diqqət çəkir. Belə ki, bu il rekord minimum məzənnəsinə çatan real "İNG” proqnozuna görə, 2020-ci ildə büdcə islahatı, iqtisadi artımın sürətlənməsi, nisbətən yüksək faiz dərəcələri ilə bağlı 10 faizədək bahalaşa bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !