Gələn il Gürcüstanda İslam dinini yüksək səviyyədə öyrədən 3 məktəb açılacaq

18:58 | 26.09.2023
Gələn il Gürcüstanda İslam dinini yüksək səviyyədə öyrədən 3 məktəb açılacaq

Gələn il Gürcüstanda İslam dinini yüksək səviyyədə öyrədən 3 məktəb açılacaq

2024-cü ildə Gürcüstanın 3 yerində islam dinini yüksək səviyyədə öyrədən məktəblər açılacaq.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının BGMİ-nin Marneuli ofisində azərbaycanlı din xadimləri ilə keçirdiyi görüş zamanı bildirib.

Etibar Eminov qeyd edib ki, bu məktəblərin diplomu hər yerdə keçərli olacaq: "Burada yüksək səviyyədə dini xadimləri yetişdiriləcək və bizi hər yerdə layiqincə təmsil edəcəklər".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM