Gələn il Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək

14:22 | 28.11.2022
Gələn il Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək

Gələn il Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək

Gələn ilin mart-mayında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması və Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub. Bu barədə  Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
 
Təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası icraçı qurum kimi müəyyən edilib.
 
Həmin ilin yanvar-sentyabrında Azərbaycan Respublikasının "Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək. Təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi icraçı qurum kimi müəyyən edilib.
 
"Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirləri və xeyriyyə aksiyaları keçiriləcək. Tədbirlər Planına əsasən, sosial dəstək tədbirləri və xeyriyyə aksiyaları 2023-cü il ərzində reallaşdırılacaq. İcraçı qurum olaraq Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi müəyyən edilib.
 
Eyni ildə "Heydər Əliyev təqaüdü” təsis olunacaq. İcraçı qurum Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün müəyyən olunub.
 
"Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi nəzərdə tutulub. Təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Mərkəzi icraçı qurum olacaq.
 
Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrin dərc edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Heydər Əliyev Mərkəzi icraçı qurum kimi müəyyən edilib.
 
Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilməsi ilə bağlı tədbirlər planına Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə yerinə yetiriləcək.
 
2023 cü il ərzində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən "Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilməsi təsdiq olunub. İcraçı qurum Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi olacaq.
 
Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəblərində tədbirlər keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Diasporla İş üzrə Dövlət Komitəsi  müəyyən edilib.
 
Eyni ildə idman yarışlarının və beynəlxalq turnirləri təşkil olunacaq.  İcraçı qurum Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər və İdman Nazirliyi qeyd olunub.
 
Təhsil müəssisələrində "Heydər Əliyev dərsləri”nin keçiriləcək. Təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisəsi olan aidiyyəti dövlət orqanları (qurumları) iştirak edəcək.
 
Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılacaq. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb ediləcək.
 
Aytac
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM