2024-cü ildən dövlət təşkilatları satınalmalarda daha ciddi siyasət hazırlamalıdır. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
"Qüvvədə olan qanun son 3 il istisna olmaqla əhəmiyyətli rola malik olmayıb. Gələn ildən satınalmalarla bağlı yeni qanun qüvvəyə minəcək. Dövlət təşkilatları bu proseslə bağlı yeni siyasət hazırlamalıdır və qanunun tələblərinə riayət etməlidir. Problemlər hüquqi bazadan və boşluqların olmasından irəli gəlir”, - sədr noyabrın 3-də Milli Məclisdə büdcə müzakirəsi zamanı çıxışında deyib.
Satınalmarla bağlı yeni qanun 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !