Bu gün Milli Məclisin Sosial siyasət komitəsində 2015-ci ilin dövlət büdcə layihəsi müzakirə olunub.
Ann.Az Modern.az-a istinadən xəbər verir ki, büdcə layihəsinin müzakirəsi zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çıxış edib. O qeyd edib ki, 2015-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun həm xərcləri, həm də gəlirləri 3 milyard 56 milyon təşkil edəcək: “Bu 2014-cü illə müqayisədə 4, 4 faiz çoxdur”. DSMF sədri bildirib ki, gələn il fonddan transfer 1 milyard 100 milyon manat nəzərdə tutulub ki bu da 2014-cü ilə müqayisədə 42 milyon manat azdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !