Gəmi yanğınında yaralananlardan biri dünyasını dəyişib

21:48 | 12.05.2019
Gəmi yanğınında yaralananlardan biri dünyasını dəyişib

Gəmi yanğınında yaralananlardan biri dünyasını dəyişib

Xəbər verdiyimiz kimi, mayın 8-də axşam saatlarında Xəzər dənizində "İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alan "Saipem” şirkətinin 11 əməkdaşı (o cümlədən Azərbaycan vətəndaşları) Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına göndərilib.

Şirkətdən "Qafqazinfo”ya verilən məlumata görə, bu gün səhər saatlarında yaralılardan biri Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Daha yüngül xəsarət almış 3 nəfər vətənlərinə qayıdıb. Şirkətin digər əməkdaşlarının həyati təhlükəsi aradan götürülüb.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb