Gənc detektiv yazarın “Silinməyən izlər”i çap olundu

19:13 | 10.02.2014
Gənc detektiv yazarın “Silinməyən izlər”i çap olundu

Gənc detektiv yazarın “Silinməyən izlər”i çap olundu

Gənc yazar Elçin Əfəndinin yeni  detektiv romanı işıq üzü görüb.Hədəf Nəşrlərinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, “Silinməyən izlər” romanı əsasən sevgidə buraxılan səhvlərin sonradan önə çıxması üzərində qurulmuşdur. İki gənc bir-birini dəlicəsinə sevsə də, sonda onları bir dəhşət ayırır. Həmin dəhşət isə onların valideynlərinin buraxdıqları sevgi izləridir ki, silinmədən üzə çıxır. Romanda cəmiyyət tərəfindən formalaşmış bəzi təfəkkürlərin çürüklüyünə və ailə-məişət mövzusuna həmçinin dövlət məmurunun özbaşınalığına toxunulub.  Belə ki, əsərin gedişatında vergilər nazirinin müavini vəzifəsində çalışan İkram Ələsgərovun cinayətkar əməlləri xüsusi xidmət əməkdaşları tərəfindən ifşa olunur və cinayətkar məmur məsuliyyətə cəlb olunur. Detektiv janrda qələmə alınmış bu romanda, baş verən qətl hadisəsini və oğurluq faktını Daniel adlı xəfiyyə araşdıraraq, bütün olanlara aydınlıq gətirir.Hədəf Nəşrlərinin XAN Çağdaş Ədəbiyyat silsiləsində nəşr olunan bu əsər Elçin Əfəndinin “Antiterror” kriminal-detektiv romanımdan sonra işıq üzü görmüş ikinci kitabıdır. Kitabın redaktoru Müşfiq Xan, dizayneri Teymur Fərzidir. Müəllif hal-hazırda “Zəngin səfil” adlı ictimai-fəlsəfi roman üzərində çalışır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM