Gürcüstanın "Vit Corciya 2" komandasının futbolçusu Vaxtanq Çarkviani dünyasını dəyişib. Klubun rəsmi saytı xəbər verir ki, 20 yaşlı oyunçunun ölümünə koronavirus səbəb olub.
12 gün qabaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Vaxtanq Çarkviani Tbilisi "Dinamo"sunun yetirməsidir. O, Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət yığmasında da çıxış edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !