Gənc istedadlarımız Beynəlxalq Şopen müsabiqəsində

10:12 | 04.02.2014
Gənc istedadlarımız Beynəlxalq Şopen müsabiqəsində

Gənc istedadlarımız Beynəlxalq Şopen müsabiqəsində

Fevralın 2-də Narva qəsrində X Beynəlxalq Şopen müsabiqəsinin açılışı olmuşdur. Bu müsabiqədə 7-18 yaşlı pianoçular böyük polyak bəstəkarının əsərlərini ifa edəcəklər. Estoniya Mədəniyyət Nazirliyi, Polşa Mədəniyyət və Milli İrs Nazirliyi, Polşanın Estoniyadakı səfirliyi, Polşadakı Milli Şopen İnstitutu və Varşavadakı Şopen Cəmiyyətinin dəstəyi ilə keçirilən müsabiqə Narva şəhər upravası tərəfindən təşkil edilmişdir.Gənc pianoçuların Narvada keçirilən onuncu, yubiley müsabiqəsində Azərbaycandan olan gənc istedadlar - Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirmələri Nərmin Nəcəfli, Leyla Zeynalova və Qara Qarayev adına 8 nömrəli musiqi məktəbinin şagirdi Nərgiz Əliyeva da iştirak edir.Müsabiqə üç yaş qrupunda keçiriləcəkdir: 12 yaşa qədər, 13-15 yaş və 16–18 yaş. Münsiflər heyəti iştirakçıları fevralın 3-dən 7-dək Narva musiqi məktəbinin zalında dinləyəcək, fevralın 9-da isə Tallindəki “Estoniya” konsert zalında laureatların yekun konserti olacaqdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM