Gənc konüllülər imkansızlara yardım edir - VİDEO

10:39 | 11.04.2020
Gənc konüllülər imkansızlara yardım edir - VİDEO

Gənc konüllülər imkansızlara yardım edir - VİDEO

Bakıda bir qrup könüllü gənc ölkədə koronavirus (COVİD-19) infeksiyası səbəbi ilə evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrə ərzaq ehtiyaclarını ödmək məqsədi ilə yardım aksiyasına start veriblər. Mart ayının 31-dən elan olunan xeyriyyə aksiyasının hesab nömrəsinə toplanan ianə ilə bu günə kimi artıq 940 ailəyə yardım çatdırılıb.

"Evdə qal, biganə qalma” adlı aksiya ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, ölkə rəhbərliyinin çağırışlarına dəstək məqsədi ilə təşkil olunub. Ümumilikdə 20-30 gəncdən ibarət komanda ərzaq ehtiyatını çatdırdığı ailələrin sağlamlığını qorumaq məqsədi ilə gərəkli olan tədbirlərə də xüsusi nəzarət edir.

"Biganə qalma” aksiyasına yardım üçün hesab nömrəsi:
MilliÖn terminalı və ya MilliÖn mobil app vasitəsilə:
 
Bank xidmətləri - Kapital Bank
Kart nömrəsi: 4169733212602887 (Adil Abdullayev)
Veb saytdan ödəniş: https://www.million.az/attributes/KapitalBankKartaMedaxil
Kart növü Visa Classic
 
Card-to-card:
Kart nömrəsi: 4169733212602887
Alıcı: Adil Abdullayev
 
Daha ətralı video materialda:
 
Hazırladı: Samirə Əliyeva
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb