Lənkəranda yaşayan gənc müəllimin maraqlı və qeyri-adi bacarığı görənlərin marağına səbəb olur. Ölkələrin xəritələrini bir neçə dəqiqədə çəkmək və onun coğrafi mövqeyi barədə məlumat vermək onun üçün çətin deyil.
Gənc müəllimin qeyri-adi bacarığı məktəbdə tarix fənnini tədris edərkən xəritələrə tez-tez müraciət etmək zərurətindən yaranıb. Maraqlı odur ki, o, istənilən dünya ölkəsinin xəritəsini dəqiqliklə çəkə bilir, özü də heç bir köməkçi vasitəyə baxmadan.
V. Cabbarov deyir ki, istər indiki, istərsə də qədim dövlətlər olsun, bu bacarığı nümayiş etdirmək çətin deyil.
Gənc müəllimin digər bacarığı ağac üzərində yandırma üsulu ilə maraqlı kompozisiyalar və portretlər yarada bilməsidir. Bu üsulla təsviri incəsənət nümunələri yaratmaq daha çətin olduğundan V. Cabbarovun 1 ilədək üzərində çalışdığı kompozisiyalar olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !