Gənc qadın din xadimini belə susdurdu! - VİDEO

15:42 | 11.03.2015
Gənc qadın din xadimini belə susdurdu! - VİDEO

Gənc qadın din xadimini belə susdurdu! - VİDEO

Livanda televiziya proqramlarının birində qəribə hadisə baş verib. 

ANN.Az "Time.com"a istinadən xəbər verir ki, Livanın "Al-Jadeed" televiziya kanalında yayımlanan televiziya proqramında çıxış edən şeyx xanım aparıcıya qarşı kobudluq edib və yerindəcə cavabını alıb. Verilişdə xristiaların İslam təriqətlərinə qoşulması müzakirə olunarkən, Şeyx hadisələri təfərrüatıyla taxixi konkekstdə dəyərləndirməyə başlayıb. Livanlı xanım aparıcı Rima Karaki vaxt azlığından dolayı, ondan suala daha konkret cavab verməyi xahiş edib. Bu zaman isə şeyxin kobudluğuyla üzləşib. 

Din xadimi aparıcıdan onun sözünü kəsməməyi tələb edib. Karaki isə bildirib ki, bu studiyada proqramı mən idarə edirəm. Al-Sebayi adlı din xadimi isə deyib ki, o cavablara öz istədiyi kimi cavab verəcək, sonra isə xanımı acılayaraq deyib: "Əgər sözünü deyib qutardınsa, kəs səsini, mən danışa bilim". 

"Sizin kimi hörmətli şeyx Tv aparıcısına bu sözləri necə deyə bilir?" - Karaki cavab verib. 

"Sizə müsahibə vermək mənimçün alçaldıcı bir şeydir", -şeyx qızğınlıqla deyib. 

Bir neçə saniyəlik belə söz qarşıdurmasından sonra, Karaki qonağından tələb edib: "Bir saniyə. Ya burada qarşılıqlı hörmət olacaq, ya söhbətimiz qutardı".

Videoya indiyə qədər "Youtube"da 7 milyona yaxın insan baxıb. "Tvitter"də və digər sosial şəbəkələrdə Rimaya tərif dolu şərhlər yazılıb və onun bu addımı alqışlanıb. 

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM