Rüstəm Qasımov
Bu günlərdə Art Villa qalereyasında "Arts School" bədii məktəbinin gənc şagirdlərinin "Rənglər Dünyası" adlı sərgisinin açılışı oldu. Tədbir "Arts Council Azerbaijan"ın dəstəyi ilə "Arts School"un təşəbbüsü ilə təşkil edilmişdi və 1 iyun - uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmişdi.
Tədbirdə çoxlu qonaq var idi, həm səbəbkarların özləri, həm də onların tanışları və doğmaları, həmçinin təsviri incəsənətə dəyər verən həvəskarlar. Qalereyanın ərazisi oyun meydançasına çevrilmişdi, burada uşaqlar öz bitib-tükənməz enerjiləri ilə oynayırdılar. Tədbir boyu mehribançılıq və dostluq atmosfero hökm sürdü.
Sərginin təntənəli açılışında "Arts Council Azerbaijan"ın rəhbəri, məşhur rəssam və sənətşünas Dadaş Məmmədov çıxış etdi, o, Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi köhnə bayramın keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Sonra sözü "Art School"un direktoru Sona Məmmədovaya verdilər, o, öz məktəbinin şagirdlərini təbrik etdi və onların istedadlı olmasını qeyd etdi. Sonra rəsm müəllimi Ruslan Kovalyov sərginin hər bir iştirakçısını təbrik etdi və onları diplomla təltif etdi.
Sərgidə qonaqlar Ülviyə Süleymanova, Fidan Mənsimova, Əziz Quliyev, Zəhra Quliyeva, Oliviya Abdullayeva, Sürəyya Məmmədli, Camal Əsədov, Üzeyir Baxışzadə, həmçinin Məryəm Rzayeva, Sona Alışova, Orxan Bəxtiyarov, Aleksiya Kiriçenko, Dinarə Qədimova, İmran Sadıqov, Fatimə, Ülkər Mənsimova, Mikayıl Hakimzadə, Elmar Nifrullayev, Ülvi Nifrullayev, Cəmilə Nəcəfova, Fərhad Nəcəfov və Emin Məmmədov kimi gənc rəssamların əl işlərilə tanış oldular.
ANN.Az