“Sağlam Gəncliyə Doğru İctimai Birliyi” “Gənc sahibkarlar akademiyası” adlı yeni layihəyə start verib.
ANN.Az xəbər verir ki, layihə Gənclər Fondunun dəstəyi ilə baş tutub.Təlimlər Masallı rayonunda keçirilir.Layihədə Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 14-29 yaş həddinə daxil olan gənclər arasında biznes plan – biznes planın hazırlanması, yazılması, strukturu; biznesə başla – biznesə başlamağın psixoloji baryerləri; menecment idarəçiliyin əsasları, menecerin funksiyaları, sahibkarın davranış kodeksi, idarəçilikdə müasir yanaşma; motivasiya - şəxsi motivasiyanın yaradılması, kollektivin idarə olunmasında motivasiyanın rolu; vaxtın səmərəli idarəçiliyi; marketinq - məhsulun təqdimatı, marketinqin əsasları mövzularında təlimlər keçiriləcək.Eyni zamanda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün intellektual oyunlar, film saatları və əyləncəli partilər təşkil olunacaq.
ANN.Az