Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu 7 tamaşa ilə tamaşaçıların görüşünə gələcək.
Teatrdan Trend-ə verilən məlumata görə, 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Mənim ağ göyərçinim” tamaşası 20 yanvar saat 15.00-da "Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyi və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün nümayiş etdiriləcək.
Yanvar ayının 21-də gündüz saat 12.00 və 14.00-da uşaqlar üçün Ş.Perronun "Çəkməli pişik”, axşam saat 19.00-da İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı” tamaşaları göstəriləcək. Yanvarın 22-də gündüz saat 12.00 və 14.00-da A.Şaiqin "Tıq-tıq xanım”, axşam saat 19.00-da böyüklər üçün Ə.Haqverdiyevin "Pəri Cadu” tamaşası nümayiş etdiriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !