Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı fevral ayının son günlərində təqdim edəcəyi maraqlı tamaşaları ilə izləyicilərinin həftəsonu istirahətinə rəng qatacaq.
Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, ötən gündən başlayaraq teatrda saat 14.00 və 16.00-da M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah”, bu gün - fevral ayının 26-da saat 14.00 və 16.00-da Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş S.Elsevərin "Arzu və Murad”, şənbə günü – fevral ayının 27-də saat 10.00, 12.00, 14.00-da S.S.Axundov və A.Şaiqin "Qaraca qız”, saat 19.00-da H.Cavidin "Şeyx Sənan”, bazar günü – fevral ayının 28-də saat 10.00, 12.00 və 14.00-da P.Nurəliyevanın "Danışan gəlincik”, saat 19.00-da D.Fo, P.Filipponun "İtalyansayağı xoşbəxtlik” tamaşaları nümayiş etdiriləcək.
Biletləri şəhərimizin Mərkəzləşdirilmiş kassalarından və "Asan xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !