Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Birləşmiş Krallığa gedir - FOTOLAR

19:47 | 29.04.2016
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Birləşmiş Krallığa  gedir - FOTOLAR

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Birləşmiş Krallığa gedir - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayı üçün növbəti – dördüncü Beynəlxalq səfərinə hazırlaşır. 
 
May ayının 28-dən – iyun ayının 2-dək davam edəcək qastrol səfəri Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutacaq. Böyük Britaniyada  fəaliyyət göstərən "UMUD Ltd Company” şirkətinin dəvəti ilə keçiriləcək qastrol səfərində dahi dramaturq M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan” tamaşası nümayiş etdiriləcək.
 
2009-cu ildə Xalq Artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada Əməkdar Artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov iştirak edəcəklər.
 
 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərə kollektiv teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov başda olmaqla may ayının 28-də  yola düşəcək.
 
 
Nümayəndə heyətinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edəcək.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM