Gənc Tamaşaçılar Teatrı yeni ildə sevindirəcək

14:21 | 18.11.2013
Gənc Tamaşaçılar Teatrı yeni ildə sevindirəcək

Gənc Tamaşaçılar Teatrı yeni ildə sevindirəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi hər il olduğu kimi bu il də yeni ilə xüsusi hazırlaşır. Belə ki, hazırda teatrda yeni il tamaşasının yaradıcılıq işlərinə start verilib. 

ANN.Az-ın məlumatına görə, əməkdar artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq “Küpəgirənin hiyləsi” adlanan yeni il tamaşası maraqlı rejissor yozumu və süjet xətti, rəngarəng səhnə geyimləri və tərtibatı ilə azyaşlı tamaşaçıların yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq. 

Tamaşada teatrın gənc və istedadlı aktyorları Günel Məmmədova, Asya Atakişiyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, İlham Əsədov, Manaf Dadaşov, Elşən Hacıbabayev və başqaları uşaqların sevimli obrazlarını canlandıracaqdır. Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabrın 26-dan, yanvarın 5-dək saat 12.00, 14.00, 16.00-da nümayiş etdiriləcək. 

Bundan başqa hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Küpəgirənin hiyləsi”ni izləyəcəklər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb