Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiyaya qastrola gedəcək

20:26 | 17.02.2014
Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiyaya qastrola gedəcək

Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiyaya qastrola gedəcək

Apreldə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Həştərxan vilayəti və Kalmık Respublikasına qastrol səfəri edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr direktorları arasında imzalanmış yaradıcılıq müqaviləsinə əsasən həyata keçiriləcək qastrol səfərində kollektiv M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, Y.Şvartsın “Qırmızı papaq” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşaları ilə çıxış edəcək. Aprelin 8-də Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında start götürəcək qastrol səfəri aprelin 11-dən 13-dək Kalmık Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında davam edəcək. Teatrdan əlavə ediblər ki, mayda Kalmık Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq iki tamaşa ilə çıxış edəcək. Azərbaycan-Rusiya teatrlarının yaradıcılıq əlaqələrinin davamı olaraq bu ilin sentyabr-oktyabr aylarında Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi Boris Manciyev Dövlət Gənc Tamaşaçılar Teatrında Jorj Feydonun “Qadın dərzisi” komediyasına quruluş verəcək. Qeyd edək ki, qastrol səfərləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM