Gəncə Beynəlxalq Hava Limanı fəaliyyətini tam bərpa edib.
Bu haqda "Report"a məlumat verən limanın direktor müavini Valeri Kozin qeyd edib ki, Türk Hava Yollarına (THY) məxsus İstanbul-Gəncə reysinin həyata keçirməsinə mane olan qatı duman artıq müşahidə edilmir.
Belə ki, günün ikinci yarısında gözlənilən "Moskva-Gəncə" reysi vaxtında həyata keçiriləcək.
Xatırladaq ki, bu gün səhər İstanbul-Gəncə reysini həyata keçirən təyyarə Gəncə Beynəlxalq Hava Limanına eniş edə bilməyib. Təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib, sərnişinlər isə avtobuslarla Gəncəyə göndərilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !