Gəncə gölündə möcüzə

11:55 | 03.10.2014
Gəncə gölündə möcüzə

Gəncə gölündə möcüzə

7 hektar ərazidə yaradılmış əfsanəvi “Gəncə gölü” 4000 yaşlı qədim Gəncənin tarixinə qızıl hərflərlə həkk olunub.Trend-in məlumatına görə, Şeyx Nizami yurdunun bəzəyinə çevrilən möhtəşəm Heydər Əliyev Park-Kompleksində yaradılmış süni göldə üzən balıqlar gölə daha da yaraşıq verir. 4 ay bundan əvvəl gölə müxtəlif növ balıqlar buraxılıb.Artıq balıqlar böyüyüb və möcüzəli Heydər Əliyev Park-Kompleksinə gəzintiyə gələnlər tərəfindən maraqla izlənilir. Gölə salınmış balıqlardan Koi, böyük bir akvarium balığıdır. İlk Yaponiyada evcilləşdirilən koinin yabanı atası Karpdır. Koi- Karp balıqları nəslindəndir, lakin onun kimi yaşıl deyil. Əksinə al-əlvan qırmızı, ağ, qara və ya gümüşü olurlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM