Gəncə-İstanbul aviareysi bağlanır

15:39 | 13.01.2014
Gəncə-İstanbul aviareysi bağlanır

Gəncə-İstanbul aviareysi bağlanır

Türkiyənin «Onur Air» aviaşirkəti fevral ayından etibarən İstanbul-Gəncə birbaşa aviareysini dayandırır.Bu barədə «APA-Economics»ə «Onur Air» aviaşirkətinin İstanbuldakı baş ofisindən məlumat verilib. Şirkətdən bildirilib ki, İstanbul-Gəncə aviareysi qeyri-rentabelli olduğuna, eyni zamanda uçuşların vaxtı şirkətin qrafikinə uyğun gəlmədiyinə görə «Onir Air» gələn aydan bu marşrutla uçuş yerinə yetirməyəcək. Şirkətin Gəncə-İstanbul marşrutu üzrə sonuncu uçuşu yanvarın 27-də saat 09:00-a təyin olunub. Qeyd edək ki, şirkətin fevrala olan bütün aviabiletləri artıq satılmışdır. Lakin reyslər ləğv olunduğuna görə, biletlərin bir hissəsi qaytarılıb, bir hissəsi isə başqa aviaşirkətlə dəyişdirilib. «Onur Air»dən bu məsələ ilə bağlı bildiriblər ki, alınmış biletləri qaytarmaq üçün müştərilər şirkətlə əlaqə saxlaya bilərlər. Aviaşirkət onlara məsələ ilə bağlı lazımi tədbirlər görməyə yardım edə bilər. Xatırladaq ki, «Onur Air» aviaşirkəti Gəncə-İstanbul reysini həftənin I, III və V günləri saat 09:00-da yerinə yetirir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM