Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrıldı

19:42 | 09.04.2015
Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrıldı

Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
"Report" xəbər verir ki, sərəncama əsasən, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması, o cümlədən Zazalı-"İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM