" İnşaat işlərinə 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasıma 4 milyon manat vəsait sərf olunub. Layihə dövlət büdcəsinə əlavə yük yaradılmadan, təsisçilərin daxili imkanları hesabına icra edilib. Layihə üzrə nəzərdə tutulan digər vəsaitlər isə əməliyyat xərclərini təşkil edir”, - Baxşiyev 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında jurnalistlərə açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, zavodun Gəncədə inşa edilməsində məqsəd ölkənin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda yerləşməsi, həmçinin bölgədə iqtisadi aktivliyin, əhalinin məşğulluğunun artırılmasına əlavə töhfə verməkdir.
Direktor qeyd edib ki, zavodun illik istehsal gücü 31,5 min tondur.
"Zavod müasir istehsalat texnologiyaları, yüksək təhlükəsizlik və ekoloji normalar əsasında qurulub. Müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri ANFO və Heavy ANFO-nun istehsalı həyata keçirilir”, - o əlavə edib.
Baxşiyev bildirib ki, fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı nəzərdə tutulub.
Gəncədə Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun inşaat işlərinə 2023-cü ilin əvvəlində başlanılıb.
Zavodun tikintisi təqribən 12 ay davam edib.
2023-cü ilin dekabrın 28-də zavod sınaq rejimində istifadəyə verilib.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !