Gəncə tramvayı belə olacaq - FOTOLAR

11:07 | 26.11.2013
Gəncə tramvayı belə olacaq - FOTOLAR

Gəncə tramvayı belə olacaq - FOTOLAR

Bu günlərdə Gəncədə çəkiləcək tramvay xətlərinin təqdimatı olub. 

Day.Az xəbər verir ki, tramvayın uzunluğu 25 metr, eni 2,2 metr, çəkisi isə 23 tondur. 

Tramvayın maksimal sürəti 70 saat/km-dir. Tramvayın vaqonları mavi rəngdədir. Təkərlərin üzərinə rezin örtük çəkildiyindən, demək olar ki, səssiz hərəkət edəcək. Tramvayın hərəkət marşrutunda 12 dayanacaq olacaq. Onların hər birində elektron tablo yerləşdiriləcək ki, sərnişinlər hərəkət qrafikindən xəbərdar olsunlar. 

Tramvay xəttinin çəkilişinə 2014-cü ildən başlanacaq. Tramvay üçün dəmir yolu xəttinin uzunluğu 6,5 km təşkil edəcək (Dəmir yolu vağzalından başlayacaq, xəstəxana kompleksinə qədər davam edəcək). 

Bu nəqliyyat vasitəsinin sərnişin tutumu 212 nəfər olacaq. Ümumilikdə 13 ədəd tramvay xəttə buraxılacaq ki, bu da gün ərzində 35-40 min sərnişinə xidmət göstərə biləcək. Nəqliyyat vasitəsi səhər saar 06:00-dan gecə saat 00:00-a qədər şəhər sakinlərinə xidmət göstərəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM