“Gəncəbank”ın vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib

12:45 | 14.02.2018
“Gəncəbank”ın vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib

“Gəncəbank”ın vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib

Bank işçilərinin fəaliyyəti ilə əlaqədar daxil olmuş müraciətlər və digər materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi banklar haqqında 25 cinayət işi açıb.

AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib. Onun sözlərinə görə, açılmış cinayət işlərinin təhqiqatının başa çatdırılması nəticəsində ayrı-ayrı bankların vəzifəli şəxslərinin yol verdikləri qanunsuzluq və mənimsəmə halları qismən aradan qaldırılıb, dövlətə və vətəndaşlara dəyən böyük məbləğdə zərərin xeyli hissəsinin ödənilməsi və qaytarılması təmin edilib. 

"Məsələn, "Gəncə Bank”ın vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək, onların vurduğu 14 mln. manatdan artıq maddi ziyanın 421 min manatdan çoxunun ödənilməsi təmin edilib, həmin şəxslərin onların ümumi dəyəri 13 mln. manatdan çox olan əmlakı üzərində həbs qoyulub. Bundan başqa, "Bank Standard” QSC üzrə başlanmış cinayət işinin yekununda 70 mln. manatdan çox dövlət borcunun ödənilməsi təmin edilib”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti