Gəncədə 32 yaşlı kişi bıçaqlanıb

19:00 | 10.06.2021
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.


"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Anar Məmmədov tanımadığı şəxs tərəfindən mübahisə zamanı kürəyindən 2 bıçaq zərbəsi alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.


Hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyən edilməsi və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.


Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM