Gəncədə 3300 il yaşı olan kurqan aşkarlanıb

22:42 | 26.10.2017
Gəncədə 3300 il yaşı olan kurqan aşkarlanıb

Gəncədə 3300 il yaşı olan kurqan aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Gəncədə aparılan arxeloji qazıntılar zamanı 3300 il yaşı olan kurqan aşkarlanıb.

AMEA-dan AzVision.az-a verilən məlumata görə, qeydiyyata alınan 62 kurqandan 4-ü artıq tədqiqata cəlb edilib. Tədqiqatlar zamanı şəhərin Heydər Əliyev parkında kurqanların dördkünc və oval formalı kameralarının ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşları düzümü olduğu aşkarlanıb.

3300 il yaşı olan kurqan kameraları 1-1,4 metr dərinliyində qazılıb və onların hər birində bir nəfər dəfn edilib. İnsanın sümük qalıqları fizioloji quruluş formasının pozulmuş vəziyyətində və kameraların müxtəlif dərinliklərində müəyyən edilib.

İnstitutun ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Cəlilovun sözlərinə görə, qazıntılar zamanı, həmçinin müxtəlif formalı saxsı qab nümunələri, tunc asma bəzək əşyaları, tunc düymələr, muncuqlar, ox ucluqları, daş toppuz və digər maddi-mədəniyyət nümunələri tapılıb.

Qeyd edək ki, ərazidə qazıntı və laborator işlər davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM