Gəncə şəhərində bir-biri ilə əlaqəli işləyən 5 zavod tikiləcək.APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə açıqlamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev verib. Onun sözlərinə görə, hazırda Yaponiyadan olan mütəxəssislər bu sahədə araşdırma aparırlar. E. Vəliyev deyib ki, yeni yaradılacaq zavodlar bir-biri ilə əlaqəli işləyəcək və məhsul əvvəldən axıra kimi heç bir yerə getmədən Gəncədə olan müəssisələrdə hazırlanacaq. Zavodların hansı istiqamətdə fəaliyyət göstərəcəkləri araşdırmalardan sonra müəyyənləşəcək. Zavodlarda 13 minə yaxın insan işlə təmin ediləcək. E. Vəliyev, hətta Gəncə ətrafı rayonlardan da gəlib o zavodlarda işləməyin mümkünlüyünü qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !