Gəncədə ana azyaşlılara işgəncə verir? - VİDEO

13:48 | 19.01.2022
Gəncədə ana azyaşlılara işgəncə verir? - VİDEO

Gəncədə ana azyaşlılara işgəncə verir? - VİDEO

Gəncədə azyaşlıların döyülməsi ilə bağlı məlumat yayılıb.
 
Məlumat sosial şəbəkədə paylaşılıb. 
 
Yayılan görüntülərdə qadının azyaşlının üstünə qışqırdığı eşidilir. Ehtimal edilir ki, qadın həmin uşağın anasıdır. Videoda uşağın qışqırıq səsləri onun döyülməsinə ehtimal yaradır. 
 
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən video əsasında aidiyyəti üzrə araşdırma başlanılıb:
 
"Araşdırma nəticəsində hadisənin baş verdiyi ünvan müəyyən olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi, eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyətinə məlumat verilib. Paralel olaraq araşdırma davam etdirilir. Həmin ünvana səfər olunacaq və ailə ilə danışıqlar aparılacaq. Tərəfimizdən zəruri olan bütün tədbirlər görüləcək”.(Oxu.az)
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM