Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi, 8-ci küçədə 1 həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd aviabomba (FAB-50) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Aviabomba zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə aparılıb.
Əməliyyat FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında keçirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !