Gəncədə binada partlayış baş verib. Bu barədə Fövqəlada Hallar Nazirliyindən bildirilib.
Hadisə nəticəsində bir nəfər qadın ölüb.
Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.
Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunub. Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, "112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !