Gəncədə də binaları sökəcəklər

15:38 | 12.02.2014
Gəncədə də binaları sökəcəklər

Gəncədə də binaları sökəcəklər

“Gəncə Bazar” ASC-nin ətrafında olan həyət evləri söküləcək, onların yerində çoxmərtəbəli binalar inşa ediləcək

Gəncənin Baş Planına əsasən, şəhərin mərkəzindəki bəzi yaşayış evləri söküləcək

APA-nın məlumatına görə, bu barədə məlumatı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bildirib.

E.Vəliyev deyib ki, “Gəncə Bazar” ASC-nin ətrafında olan həyət evləri söküləcək, onların yerində çoxmərtəbəli binalar inşa ediləcək.

“Gəncənin Baş Planı var. Şəhərin mərkəzindəki bazar şəhərin başqa yerinə köçürüləcək. Artıq yeni bazarda tikinti işləri sürətlənib. Köhnə bazarın ətrafındakı həyət evləri isə ləğv ediləcək. Sözsüz ki, orada yaşayan sakinlərə başqa yerlərdə ev verilmək şərti ilə...” - deyə E. Vəliyev bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb