Gəncədə ən müasir tramvaylar sərnişinlərə xidmət edəcək

14:35 | 21.11.2013
Gəncədə ən müasir tramvaylar sərnişinlərə xidmət edəcək

Gəncədə ən müasir tramvaylar sərnişinlərə xidmət edəcək

Gəncə sakinlərinə ictimai nəqliyyat xidmətinin yüksəldilməsi istiqamətində daha bir addım atıldı. Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, gələn il şəhərin küçələrində ən müasir tramvaylar görünəcəkdir. Yeni nəqliyyat vasitəsi müasir dizaynlı xarici və işıqlı daxili görünüşü, oturacaqlarının rahatlığı ilə diqqəti cəlb edəcəkdir.

Bu işi öz üzərinə götürən Fransanın "NewTL" şirkəti nümayəndələrinin iştirakı ilə noyabrın 20-də Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin son variantı üzərində müzakirələr aparılmış və memorandum imzalanmışdır.

Şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq şirkətin nümayəndələrini salamlamış, gündən-günə böyüyüb inkişaf edən şəhərin nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçiriləcək bu işin əhəmiyyətindən danışmışdır.

Sonra "NewTL" şirkətinin region üzrə kommersiya direktoru xanım Anna Samsonova çıxış edərək Azərbaycanda ikinci böyük şəhər olan Gəncədə tramvay xəttinin çəkilişi ilə bağlı görülən hazırlıq işlərindən danışmışdır. A.Samsonova bildirmişdir ki, ilkin mərhələdə 5,5 kilometr uzunluğunda çəkiləcək xətt dəmiryol vağzalından başlayaraq Heydər Əliyev prospektindən keçməklə, şəhərin mərkəzini əhatə edəcəkdir. Hər marşrutda 3 vaqon olacaq tramvayların sürəti saatda 70 kilometr nəzərdə tutulmuşdur. 3 vaqonun uzunluğu isə cəmi 25 metr olacaqdır.

Layihəyə əsasən 12 dayanacaq olmaqla hər dayanacaq arasındakı məsafə 500 metr müəyyənləşdirilmişdir. Dayanacaqlar ən müasir avadanlıqlarla təchiz ediləcəkdir. Burada təhlükəsizlik və xəttə nəzarət kameraları, ödəniş aparatları və tramvayın hərəkət vaxtı barədə məlumat lövhəsi quraşdırılacaqdır. Ümumilikdə isə bütün xətlərə nəzarət edəcək məlumat bazası yaradılacaqdır. Bundan başqa tramvay xətti boyunca velosiped yolunun çəkilişi də nəzərdə tutulmuşdur.

Görüşdə Fransanın "NEWTL" şirkətinin kommersiya direktoru Jan Fğansua Ağjans, şirkətin Beynəlxalq layihələr üzrə kommersiya direktoru Larant Ozel və layihələrin yekunları üzrə direktoru Paskal Gessat çıxış edərək istər çəkiləcək tramvay xətlərinin, istərsə də işləyəcək vaqonların dünya standartlarına cavab verdiyini qeyd etmiş, layihənin qısa vaxt ərzində reallaşması üçün bütün imkanların olduğunu diqqətə çatdırmışlar.

Görüşdə iştirakçıların suallarına aydınlıq gətirildikdən sonra 2014-cü ildə başlanacaq tramvay xəttinin çəkilişi ilə əlaqədar memorandum imzalanmışdır.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti